Mərkəzi Asiya ilə əlaqələr Azərbaycanın geosiyasi imkanlarını genişləndirir
Tarix: 10-10-2026 | Saat: 11:22
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin son illərdə daha sürətli inkişaf etməsi regionda formalaşan yeni siyasi və iqtisadi mənzərənin mühüm göstəricilərindəndir. Hazırda bu münasibətlər ənənəvi tarixi və mədəni bağlılıq, eləcə də siyasi təmaslarla məhdudlaşmır. İqtisadi tərəfdaşlıq, nəqliyyat-logistika layihələri və enerji sahəsində birgə fəaliyyət əlaqələrə daha geniş məzmun qazandırır. Türkmənbaşı şəhərində təşkil olunan Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də əməkdaşlığın bu yeni mərhələsinin əhəmiyyətini bir daha ön plana çıxardı.
Mərkəzi Asiyanın qlobal iqtisadi sistemdə mövqeyinin güclənməsi Azərbaycan üçün əlavə perspektivlər formalaşdırır. Xüsusilə Şərq-Qərb xətti üzrə beynəlxalq yükdaşımaların həcminin artması region dövlətlərinin iqtisadi maraqlarını Azərbaycanın tranzit və logistika imkanları ilə daha sıx şəkildə birləşdirir. Ölkəmizin strateji coğrafi mövqeyi, inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Xəzər dənizi vasitəsilə yaradılan nəqliyyat imkanları bu istiqamətdə Azərbaycanın əhəmiyyətini artırır. Bu mənada Orta Dəhlizə yalnız yüklərin daşındığı marşrut kimi yanaşmaq düzgün olmazdı. O, müxtəlif regionları birləşdirən, ticarət əlaqələrini genişləndirən və iqtisadi tərəfdaşlığı gücləndirən mühüm platformadır. Mərkəzi Asiya dövlətlərinin beynəlxalq bazarlara çıxış imkanlarını artırmaq və alternativ logistika marşrutlarından istifadə etmək istəyi Azərbaycanın tranzit imkanları ilə uzlaşır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz bu proseslərə qabaqcadan hazırlaşaraq nəqliyyat infrastrukturunun yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət yetirib.
Azərbaycanla Mərkəzi Asiya arasında tərəfdaşlığın mühüm istiqamətlərindən biri də enerji sektorudur. Ölkəmiz uzun müddətdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir. Bununla yanaşı, əməkdaşlığın əhatə dairəsi genişlənərək ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji sahəsini də əhatə etməyə başlayır. Mərkəzi Asiya dövlətlərinin yaşıl enerji imkanlarının Azərbaycanın mövcud enerji infrastrukturu və ixrac potensialı ilə əlaqələndirilməsi gələcəkdə daha genişmiqyaslı regional əməkdaşlıq üçün əlverişli şərait yarada bilər. Azərbaycanın bu sahədəki mövqeyi yalnız zəngin enerji ehtiyatları ilə müəyyənləşmir. Ölkəmiz enerji istehsalı, nəqli və xarici bazarlara çatdırılması istiqamətində yaratdığı imkanları müasir tələblərə uyğun şəkildə inkişaf etdirir. Xəzər hövzəsində mövcud olan potensialın səmərəli qiymətləndirilməsi və Mərkəzi Asiya ilə Avropa arasında enerji əlaqələrinin genişləndirilməsi həm Azərbaycan, həm də regionun digər dövlətləri üçün yeni iqtisadi imkanlar və əlavə gəlir mənbələri yarada bilər.
Cənab Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən görüşdəki çıxışı Azərbaycanın regional əməkdaşlığa yanaşmasının qarşılıqlı maraqlar və ortaq faydalar üzərində qurulduğunu göstərir. Bakı həyata keçirilən təşəbbüslərlə təkcə öz iqtisadi imkanlarını genişləndirməyi deyil, tərəfdaş ölkələrin də potensialından daha səmərəli istifadə olunmasını və birgə layihələrin reallaşdırılmasını hədəfləyir. Belə yanaşma Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və təşəbbüskar tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşməsində siyasi etimadın rolu da olduqca böyükdür. Azərbaycan bu ölkələrlə əlaqələrini qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurur. Məhz qarşılıqlı inamın mövcudluğu iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsini asanlaşdırır, uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin fəal xarici siyasəti və ardıcıl diplomatik fəaliyyəti də dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatında tamhüquqlu iştirakının təmin olunması da ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında yeni mərhələnin göstəricisidir. Bu iştirak ölkəmizin region dövlətləri ilə əməkdaşlığının daha geniş siyasi çərçivəyə keçdiyini və Azərbaycanın regional proseslərdə rolunun artdığını təsdiqləyir. Azərbaycan artıq bu platformada yalnız mövcud imkanlardan faydalanan dövlət kimi deyil, yeni təşəbbüslər irəli sürən, ortaq maraqların uzlaşdırılmasına töhfə verən tərəfdaş kimi də çıxış edir.
Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya siyasətinin əsas üstünlüyü nəqliyyat, enerji və diplomatik münasibətlərin vahid strateji yanaşma əsasında inkişaf etdirilməsidir. Nəqliyyat infrastrukturu ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır, enerji sahəsindəki birgə təşəbbüslər iqtisadi tərəfdaşlığı möhkəmləndirir, siyasi dialoq isə əldə olunan nəticələrin davamlılığını təmin edir. Bu amillərin qarşılıqlı şəkildə tamamlanması Xəzər dənizinin hər iki sahilində yerləşən dövlətlər arasında əlaqələri daha geniş, dayanıqlı və çoxşaxəli əməkdaşlıq modelinə çevirir. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan tərəfdaşlıq təkcə regional inkişaf baxımından deyil, həm də Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri,
YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-10-2026