Mobil versiya
YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın çağırışları və qarşıda duran vəzifələr diqqətə çatdırılıb -Foto
Tarix: 16-10-2026 | Saat: 13:57
Bölmə:Ölkə | çapa göndər

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında VIII Qurultayın çağırışları və qarşıda duran vəzifələr diqqətə çatdırılıb

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının "H.Əliyev prospekti 58" ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş növbəti görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, əldə olunan nailiyyətlərin qorunması, sosial rifahın yüksəldilməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Çıxışlarda ideoloji təhlükəsizliyin təmin edilməsi, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və partiya fəaliyyətində müasir kommunikasiya imkanlarından səmərəli istifadənin vacibliyi vurğulanıb.

Sonda qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin reallaşdırılması hər bir partiya üzvündən fəallıq, məsuliyyət və dövlətçilik prinsiplərinə sədaqət tələb edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-10-2026