DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Tarix: 19-10-2026 | Saat: 17:40
Bölmə:Manşet / Gündəm | çapa göndər

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.
aia.az-ın məlumatına görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.
Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.
Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.
Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri yanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-10-2026
14:05 Bakıda güclü külək əsir