YAP Gədəbəy rayon təşkilatının ərazi partiya təşkilatlarında iclaslar keçirilib -Foto
Tarix: 19-10-2026 | Saat: 13:28
Bölmə:Özəl | çapa göndər

Bu gün – 19.10.2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Çalburun, Düzyurd və Səbətkeçməz kənd ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı iclaslar keçirildi.
İclaslarda çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr müavini Zaur Mehdiyev bildirdi ki, “Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biridir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya ölkəmizin dövlətçilik tarixində əvəzsiz rol oynayıb. Partiyanın keçdiyi tarixi yol Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və ölkənin davamlı inkişafı ilə sıx bağlıdır.
Qeyd olundu ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutur və ölkəmizin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq nüfuzunu daha da artırıb, dövlətimizin qüdrəti və xalqımızın rifahı yüksəlib.
İclaslarda, həmçinin Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərdən, 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından bəhs edildi. Bu tarixi nailiyyətlərin xalqımızın birliyinin, milli iradəsinin və güclü dövlətçilik siyasətinin təntənəsi olduğu vurğulandı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinin ölkəmizin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı bildirildi.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin qorunması və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi məsələlərinə də toxunuldu. Müasir dövrdə ideoloji işin gücləndirilməsinin, milli-mənəvi dəyərlərin qorunmasının, xüsusilə gənclərin dövlətçilik prinsiplərinə sadiqlik ruhunda maarifləndirilməsinin vacibliyi qeyd edildi.
Bununla yanaşı, Azərbaycanın müstəqil xarici siyasətinin uğurları, beynəlxalq əlaqələrinin genişlənməsi və milli maraqlarının qətiyyətlə müdafiə olunması diqqətə çatdırıldı. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkəmizin inkişafına, cəmiyyətin siyasi fəallığının artırılmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfələrini verməlidirlər.
Sonda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin yerli təşkilatlar və ərazi partiya təşkilatları səviyyəsində ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulandı”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-10-2026