Mobil versiya
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
Tarix: 20-10-2026 | Saat: 10:59
Bölmə:Şou-biznes | çapa göndər

“Kızılcık şerbeti”ndən çıxarıldı:

Türkiyəli fenomen Cansu Taşkın "Kızılcık Şerbeti" serialının aktyor heyətindən çıxarıldığını açıqlayıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Taşkın serialda rol almaq üçün başqa bir layihədən imtina etdiyini, lakin sonradan bu seçimindən peşman olduğunu bildirib.

Fenomen başına gələnləri haqsızlıq kimi qiymətləndirərək narazılığını bu sözlərlə ifadə edib:

"Tizerdə göründüyüm gün serialdan çıxarıldım. Birdən-birə mən də bu vəziyyətlə üzləşdim. Qısası, çörəyimlə oynanıldı. Allahın öhdəsinə buraxıram, O hər şeyi bilir və görür".

Qeyd edək ki, Cansu Taşkının serialdan uzaqlaşdırılmasının səbəbi hələlik açıqlanmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026