Mobil versiya
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
Tarix: 20-10-2026 | Saat: 12:56
Bölmə:Karusel / Ölkə | çapa göndər

İntensiv yağış yağacaq, qara keçəcək -

Sabah Azərbaycanda hava necə olacaq?

Oktyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026