Avropa Putinin qarşısına kimi çıxaracaq? – Brüsseldə mühüm müzakirələr başlayıb
Tarix: 22-10-2026 | Saat: 21:11
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqlarda qurumu təmsil edəcək şəxsin müəyyənləşdirilməsi məsələsini müzakirə edir.
“Politico”nun Avropa diplomatlarına istinadən yaydığı məlumata görə, əsas namizədlər arasında Finlandiya Prezidenti Aleksandr Stubb və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın adları çəkilir. Lakin hələlik rəsmi qərar qəbul edilməyib.
Müzakirələr ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskva ilə təmasları və Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təşəbbüslər fonunda aktuallaşıb.
Avropa liderlərinin əsas narahatlığı Ukraynanın və qitənin təhlükəsizliyinə təsir edəcək qərarların Brüsselin iştirakı olmadan Vaşinqtonla Moskva arasında müzakirə edilməsidir.
Məlumatlara əsasən, noyabr ayında ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ehtimalı da gündəmdədir. Bununla belə, görüşün keçirilməsi və mümkün razılaşmalar hələ təsdiqlənməyib.
Aİ daxilində əsas fikir ayrılığı yalnız nümayəndənin kimliyi ilə bağlı deyil. Həmin şəxsin hansı səlahiyyətlərlə çıxış edəcəyi və Moskva ilə danışıqların hansı şərtlərlə aparılacağı da müzakirə olunur.
Brüssel Ukraynanın gələcəyi, təhlükəsizlik təminatları və Rusiyaya qarşı sanksiyalarla bağlı qərarlarda Avropanın mövqeyinin nəzərə alınmasını istəyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-10-2026