Mobil versiya
"Neftçi" azarkeşlərinin gözlədiyi xəbər gəldi
Tarix: 22-10-2026 | Saat: 22:20
Bölmə:İdman | çapa göndər

"Neftçi" azarkeşlərinin gözlədiyi xəbər gəldi

“Sabah” və “Qarabağ”la oyunların ardından “Neftçi”ni bu dəfə daha bir iddialı rəqiblə ağır sınaq gözləyir.

“Ağ-qaralar” Premyer Liqanın 9-cu turunda doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma öncəsi Bakı təmsilçisinin azarkeşlərini ən çox narahat edən məqam qapı mövqeyi ilə bağlıdır.

Əsas qapıçı Emil Balayev xəstələndiyi üçün “Qarabağ”la son görüşü buraxmışdı. Onu əvəzləyən Rza Cəfərov isə buraxılan qollardakı səhvləri ilə diqqət çəkmişdi.

Bəs Balayev “Turan Tovuz”la oyuna hazır ola biləcəkmi?

“Neftçi” azarkeşləri rahat nəfəs ala bilər. Təcrübəli qapıçının səhhətində hər hansı problem yoxdur. O, artıq tam sağalıb və bir neçə gündür komanda ilə birgə məşqlərdə iştirak edir. “Turan Tovuz”la qarşılaşmada yenidən start heyətində yer alacaq.

“Neftçi” - “Turan Tovuz” görüşü 24 oktyabr, saat 19:00-da start götürəcək. (sportinfo.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026