Mobil versiya
25 il əvvəl törədilmiş qətlin üstü açıldı - BİRGƏ MƏLUMAT
Tarix: 22-10-2026 | Saat: 17:31
Bölmə:Ölkə | çapa göndər

25 il əvvəl törədilmiş qətlin üstü açıldı

Bakıda 2001-ci ildə törədilmiş qətlin üstü 25 il sonra açılıb.

aia.az xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın qəsdən öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat təzələnib.

Aparılan kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin təfərrüatları müəyyən edilib.

Toplanmış sübutlar əsasında əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş, 1976-cı il təvəllüdlü Rövşən Zeynalovun köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

R.Zeynalov 20 oktyabr 2026-cı ildə saxlanılıb. Oktyabrın 22-də o, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək ittiham olunub.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-10-2026