Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə gətirildilər
Tarix: 25-10-2026 | Saat: 16:18
Bölmə:Ölkə | çapa göndər

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.
“aia.az” xəbər verir ki, onların hazırda məhkəmə prosesi keçirilir.
Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.
Məlumat üçün bildirək ki, hadisədən sonra qətli törədib qaçaraq gizlənən “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2026