Mobil versiya
Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir
Tarix: 25-10-2026 | Saat: 22:29
Bölmə:Dünya | çapa göndər

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir


Serbiyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

“aia.az” xəbər verir ki, səsvermədə 6 milyon 451 min 292 nəfər seçici iştirak edib.

Seçicilər 8 392 məntəqədə 18 siyasi siyahıdan birinə səs veriblər.

Rəsmi məlumatlara görə, yerli vaxtla saat 14:00-a qədər seçici fəallığı 46,53 faiz təşkil edib.

Seçkilərdə Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakimiyyət düşərgəsi ilə hökumət əleyhinə etirazlar zamanı güclənən və tələbələrin dəstəklədiyi siyasi siyahı rəqabət aparır.

Səsvermə 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və 16 nəfərin həlak olması ilə bağlı hadisədən sonra başlayan genişmiqyaslı etirazların fonunda keçirilib. Etirazçılar korrupsiya iddialarının araşdırılmasını və məsul şəxslərin cavab verməsini tələb ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-10-2026