Ermənistanın meyvələri ərəb şeyxlərinin süfrəsində – İrəvan böyük bazara can atır
Tarix: 25-10-2026 | Saat: 23:03
Bölmə:Dünya | çapa göndər

Ermənistan Yaxın Şərqin zəngin ölkələrindən biri olan Omanın ərzaq bazarına daxil olub.
aia.az xəbər verir ki, İrəvan artıq bu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracına başlayıb və tədarükün həcmini artırmağa hazırlaşır.
Bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan məlumat verib.
Nazirin sözlərinə görə, 2026-cı ilin iyul-sentyabr aylarında Ermənistandan Omana ərik, gilas, şaftalı, nektarin və çiyələk ixrac edilib.
İlkin mərhələdə məhsullar kiçik, sınaq partiyaları şəklində göndərilsə də, artıq Omanın iri ticarət şəbəkələrində satışa çıxarılıb.
Ermənistan meyvələri ölkənin ən böyük hipermarket şəbəkələrindən olan Lulu, həmçinin Suhol Al Fayha supermarketlərində yüksək keyfiyyətli məhsullar kateqoriyasında təqdim edilir.
Mirzoyan bildirib ki, Oman şirkətlərinin nümayəndələri artıq Ermənistana səfər edir, işgüzar əlaqələr qurulur və yeni müqavilələr imzalanır.
Nazirin sözlərinə görə, növbəti mərhələdə Omana alma, üzüm və müxtəlif giləmeyvələrin ixracı da nəzərdə tutulur.
Maraqlıdır ki, Ermənistanın Omandakı səfirliyinin rəsmi açılışı yalnız 2026-cı ilin martında baş tutub. Bundan sonra iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət intensivləşib.
Əlavə məlumata görə, Ermənistanın Funfrut və RockBerry şirkətləri Omanın KV Group şirkətlər qrupu ilə daha böyük həcmdə meyvə və giləmeyvə tədarükünə dair müqavilələr imzalayıb.
KV Group-un rəhbər nümayəndə heyəti bu ilin iyul və oktyabr aylarında iki dəfə Ermənistana səfər edib. Görüşlərdə kənd təsərrüfatı məhsullarının ixracının artırılması və uzunmüddətli ticarət əlaqələrinin qurulması müzakirə olunub.musavat
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-10-2026