YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultayın çağırışları və qarşıda duran vəzifələr diqqət mərkəzində olub -Foto
Tarix: 26-10-2026 | Saat: 12:01
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “K.Kazımzadə küçəsi 20” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlərlə bağlı partiya üzvləri ilə görüş keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş nitqi ilə açan YAP Nərimanov rayon Təşkilatının “K.Kazımzadə küçəsi 20” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Arif Ləzimzadə VIII Qurultayın partiyanın siyasi xəttinin davamlılığının təmin olunması və yeni dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal mövqe nümayiş etdirməsinin, dövlətçilik prinsiplərinə sadiqliyin və ictimai məsuliyyətin vacibliyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxışında Prezident İlham Əliyevin qurultaydakı nitqində əksini tapan əsas müddəalara toxunaraq, ölkəmizin əldə etdiyi uğurların möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının və yerli təşkilatların üzərinə düşən vəzifələrdən danışıb. O qeyd edib ki, partiyanın gücü onun üzvlərinin birliyində, prinsipial mövqeyində və dövlətin strateji məqsədlərinin həyata keçirilməsinə verdiyi töhfələrdə ifadə olunur. Elçin Quliyev, həmçinin Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlərlə işin gücləndirilməsi və cəmiyyətlə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxış edənlər qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə düşən məsuliyyəti qeyd ediblər. Müzakirələr zamanı milli maraqların qorunması, dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması, informasiya mühitində milli-mənəvi dəyərlərin müdafiəsi və partiya sıralarında fəallığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər