Mobil versiya
Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı
Tarix: 26-10-2026 | Saat: 10:22
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda iki gündə 65 şübhəli saxlanıldı

Oktyabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026