Mobil versiya
“Bu seçkiləri uduzduğumuz aydındır”
Tarix: 26-10-2026 | Saat: 09:22
Bölmə:Dünya | çapa göndər

“Bu seçkiləri uduzduğumuz aydındır”

Serbiyanın keçmiş Prezidenti Aleksandr Vuçiç Serb Tərəqqi Partiyasının parlament seçkilərində məğlub olduğunu deyib.

aia.az xəbər verir ki, o, “Tələbə siyahısı”nın seçkilərdə qalib gəldiyini bildirib.

“Apardığımız hesablamalara əsasən, bu seçkiləri uduzduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib”, - keçmiş prezident vurğulayıb.

Bununla yanaşı, Vuçiç seçkilərin yekun nəticələrinin hələ açıqlanmadığını da qeyd edib.

Xatırladaq ki, A.Vuçiç sentyabrın 27-də istefa vermişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026