Mobil versiya
Sabiq futbolçunu it dişlədi: 50 tikiş qoyuldu
Tarix: 26-10-2026 | Saat: 14:33
Bölmə:İdman | çapa göndər

Sabiq futbolçunu it dişlədi:

“Liverpul” və “Arsenal”ın keçmiş futbolçusu Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.

aia.az Qol.az-a istinadla xəbər verir ki, hadisə Pennantın iti ilə gəzintisi zamanı baş verib.

Aqressiv alman çoban iti futbolçunun “Kinq” adlı amerikan akitasına hücum edib.

Ev heyvanını qorumağa çalışan Pennant davaya müdaxilə edib. Bu zaman hücum edən it onu yerə yıxaraq ayağından dişləyib.

Hadisə zamanı Pennantın iti də sahibinə kömək edərək digər heyvanı saxlamağa çalışıb. 43 yaşlı keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarını müalicə edib və 50-dən çox tikiş qoyublar.

Hazırda Pennantın özünü yaxşı hiss etdiyi bildirilir. O, hələlik hadisə ilə bağlı polisə müraciət etməyi planlaşdırmır.

Qeyd edək ki, Cermeyn Pennant karyerası ərzində “Liverpul” və “Arsenal”la yanaşı, “Birmingem Siti”, “Uotford”, “Lids Yunayted”, “Portsmut” və “Stok Siti” kimi klublarda da çıxış edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026