Mobil versiya
"Sülh sazişi tək kağız üzərində olmamalıdır" - Hikmət Hacıyev
Tarix: 26-10-2026 | Saat: 16:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Sülh sazişi tək kağız üzərində olmamalıdır" -

Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır.

aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir:

"Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".

H. Hacıyev Vaşinqton görüşündən sonrakı prosesə də toxunub: "Azərbaycan sazişdə olan və icra edilməsi vacibiyyət daşıyan bir sıra məsələləri artıq həyata keçirməkdədir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026