Mobil versiya
“Brand Award International 2026” qalibləri arasında Veysəloğlu Şirkətlər Qrupu lider mövqedədir -Fotolar
Tarix: 26-10-2026 | Saat: 14:50
Bölmə:İqtisadiyyat | çapa göndər

“Brand Award International 2026” qalibləri arasında Veysəloğlu Şirkətlər Qrupu lider mövqedədir

“Award Organizers Group” tərəfindən təşkil olunan, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) rəsmi dəstəyi ilə keçirilən 5-ci “Brand Award International 2026” qlobal müsabiqəsi başa çatıb. Müsabiqə çərçivəsində müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən 50 ticarət markası qalib seçilərək mükafatlandırılıb.

Qaliblər sırasında Veysəloğlu Şirkətlər Qrupuna daxil olan bizneslər bunlardır: “Araz” supermarket şəbəkəsi, Veysəloğlu Şirkətlər Qrupu, “Veysəloğlu Distribusiya”, “Araz Akademiyası”, “Rossmann-Veysəloğlu”, “Sirab”, “Xonça”, “Ulduz” Şokolad Fabriki, “Badamlı”, “OBA”, “SPAR”, “Zoo Shop”, “Decoliv” və “O to Go”.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan 14 biznesin 50 qalib arasında yer alması Qrupu müsabiqənin qalibləri sırasında önə çıxarıb.

Tədbirdə Azərbaycanla yanaşı, Xəzər, Qara dəniz və Baltik regionlarının ölkələrini təmsil edən ticarət markalarının rəhbərləri, müsabiqənin rəsmi tərəfdaşları və partnyorları iştirak ediblər. Tədbir beynəlxalq biznes əlaqələrinin möhkəmləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün imkan yaradıb.

Qeyd edək ki, qlobal müsabiqədə müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-10-2026