Milli Məclisdə Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr edilmiş tədbir keçirilib
Tarix: 26-10-2026 | Saat: 16:17
Bölmə:Siyasət / Parlament | çapa göndər

Oktyabrın 26-da YAP Səbail rayon təşkilatı üzrə Parlament prospekti,1 Ərazi Partiya Təşkilatının Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbiri açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin öz suverenliyini bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi mühüm əhəmiyyətə malikdir. O, diqqətə çatdırıb ki, dövlət başçısı qurultaydakı proqram xarakterli çıxışında ölkəmizin strateji hədəfləri, dövlət müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmləndirilməsi, dövlətçilik və vətənpərvərlik ideyalarının təbliği istiqamətində qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Aparat rəhbəri bildirib ki, ölkə başçısı çıxışında hərbi gücümüzün artırılmasının, eyni zamanda iqtisadi və sosial rifahın ölkənin və dövlətin əsas prioritet istiqamətləri olduğunu vurğuladı. O, cənab Prezidentin hər bir vətənpərvər azərbaycanlı qarşısında yeni hədəf və vəzifələr qoyduğunu diqqətə çatdırıb.
Aparat rəhbəri qeyd edib ki, Milli Məclisin YAP-ın VIII qurultayından sonrakı ilk plenar iclasında spiker Sahibə Qafarova cənab Prezidentin çıxışından irəli gələn vəzifələri bir daha yüksək tribunadan səsləndirdi və Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarının bu gün də uğurla davam etdirildiyini vurğuladı. O, bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın.
Fərid Hacıyev çıxışında Milli Məclisdə cənab Prezidentin Qurultaydakı çıxışından irəli gələn vəzifələrə dair keçirilmiş tədbirləri də diqqətə çatdırıb.
Sonra iclasda çıxış edən Ərazi Partiya Təşkilatının sədri, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev YAP-ın VII Qurultayından ötən dövr ərzində ölkəmizdə görülmüş işlər və qazanılmış uğurlar barədə danışıb. O, bildirib ki, VII Qurultaydan ötən dövrdə Azərbaycan öz suverenliyini tam bərpa edib, siyasi-iqtisadi, hərbi qüdrətini daha da artırıb və yeni sülh gündəliyi formalaşdırıb. Qeyd edilib ki, Ermənistanla sülh müqaviləsinin mətninin paraflanması regionda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm mərhələ olub, ölkəmizin beynəlxalq nüfuzu və regional mövqeləri daha da möhkəmlənib.
Adil Vəliyev diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun cənab Prezident tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməsi YAP-ın fəaliyyətində də aydın şəkildə özünü göstərir. Bu gün YAP nüfuzlu siyasi təşkilat kimi cəmiyyətin müxtəlif təbəqələrini ümummilli məqsədlər ətrafında birləşdirir, qarşıya qoyulan vəzifələrin məqsədyönlü şəkildə həyata keçirilməsinə töhfə verir. Ən əsası isə, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməli, milli maraqların müdafiəsi naminə həmrəyliyimizi daim qorumalıyıq.
İclasda çıxış edənlər dövlət müstəqilliyinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Prezident İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn digər vəzifələrin əhəmiyyətindən danışıblar.
Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavinləri, Aparatın şöbə müdirləri və digər şəxslər iştirak ediblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-10-2026
12:29 Sabah hava necə olacaq?