Məhkəmə Trampın daha bir iddiasını qoltuğuna verdi
Tarix: 01-11-2026 | Saat: 09:37
Bölmə:Dünya | çapa göndər

Florida ştatının Cənub Dairəsi üzrə Federal Məhkəmə ABŞ prezidenti Donald Trampın "The Wall Street Journal" (WSJ) qəzetinin naşiri və media maqnatı Rupert Merdoka qarşı böhtan iddiasının yeni versiyasını da rədd edib.
aia.az xəbər verir ki, iddia təcavüzünə görə məhkum edilmiş amerikalı maliyyəçi Ceffri Epşteynə yazılmış məktub haqqında məqalənin dərc olunmasına gödə verilmişdi: "Məhkəmə cavabdehlərin dəyişdirilmiş şikayəti rədd etmək vəsatətini təmin etdi. Düzəliş edilmiş şikayət yenidən təqdim etməyə icazə verilmədən rədd edilir".
Qeyd edək ki, 2025-ci ilin iyul ayında WSJ-nin Epsteynə 2003-cü ildə 50 illik yubileyi münasibətilə hədiyyə edilən bir kitabda Trampın əl ilə çəkilmiş çılpaq qadının olduğu bir məktubunun olduğu iddia edilən məqaləsindən qaynaqlanır. Tramp elə bir məktubu yazmadığını bildirdi və qəzetin daxil olduğu qrupun sahibi milyarder Rupert Merdok, nəşriyyat şirkəti Dow Jones & Co., onun ana korporasiyası News Corp., eləcə də The Wall Street Journal-dan iki jurnalistə qarşı 10 milyard dollarlıq iddia qaldırdı.
Aprelin ortalarında məhkəmə Trampın jurnalistlərin qəsdən hərəkət etdiyini, yəni bilərəkdən yalan məlumat dərc etdiyini və ya həqiqətə qarşı ehtiyatsızlıq göstərdiyini sübut edə bilmədiyinə görə böhtan iddiası üçün kifayət qədər əsas yaratmadığına qərar verdi. Qeyd olundu ki, jurnalistin məktubun həqiqiliyini yoxlamaq imkanı özündən asılı olmayan səbəblərdən olmayıb.
Bundan sonra Tramp düzəliş edilmiş şikayət ərizəsi təqdim etdi. Bloomberg-in xəbər verdiyi kimi, düzəliş edilmiş şikayət ərizəsində cavabdehlərin yoxlamanı ehtiyatsızlıqla görməməzlikdən gəldiyi və "məqsədli şəkildə həqiqətdən yayındığı" bildirilirdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2026