Mobil versiya
Kiyevin ABŞ-yə təcili çağırışı: raketlər gələcəkdə yox, İNDİ LAZIMDIR
Tarix: 31-10-2026 | Saat: 17:11
Bölmə:Dünya | çapa göndər

Kiyevin ABŞ-yə təcili çağırışı: raketlər gələcəkdə yox, İNDİ LAZIMDIR


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən "Patriot" HHM sistemləri üçün nəzərdə tutulan "PAC-3" raketlərinin tədarükünün yalnız bir neçə ildən sonra başlaya biləcəyini təsdiqləyib.

aia.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.

Zelenski verilən qərardan təəssüfləndiyini bildirərək Vaşinqtona müraciət edib: "Beş yüz ədəd 'PAC-3' raket-tutucusu kifayət qədər ciddi göstəricidir və artıq bu qış Ukrayna üçün çox effektiv müdafiə paketi ola bilərdi. Lakin müəyyən edilib ki, tədarük prosesi yalnız bir neçə ildən sonra başlaya bilər. Biz amerikalı tərəfdaşlarımızdan məhz real təhlükənin və 'PAC-3' sistemlərinə kəskin ehtiyacın olduğu indiki məqamda operativ həll yolu tapmağı xahiş edirik".

Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya aviazərbələrinin intensivləşdiyi bir vaxtda hava hücumundan müdafiə imkanlarının illərlə təxirə salınması mülki infrastrukturun və əhalinin müdafiəsində ciddi problemlər yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2026