Mobil versiya
Səhiyyə nazirinin müşaviri işdən çıxdı
Tarix: 02-11-2026 | Saat: 17:27
Bölmə:Karusel / Ölkə | çapa göndər

Səhiyyə nazirinin müşaviri işdən çıxdı

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

aia.az Oxu.az-a istinadən xəbər verir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.

Qeyd edək ki, Elgün Səmədov 2016-cı ilin Aprel döyüşləri zamanı 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib. O, Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-11-2026