Paşinyandan Azərbaycanla sülh müqaviləsi barədə yeni açıqlama – Konstitusiya məsələsi gündəmdə
Tarix: 02-11-2026 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün kifayət edib-etməyəcəyi məsələsinə aydınlıq gətirmək niyyətində olduqlarını bildirib.
Paşinyan bu barədə Ermənistan parlamentində dövlət büdcəsinin müzakirəsi zamanı danışıb.
Baş nazir qeyd edib ki, parlament müxalifəti ötən həftə sülh prosesi ilə bağlı mühüm sual qaldırıb.
“Yeni Konstitusiyanın qəbul edilməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaqmı? Yaxın vaxtlarda bütün səylərimizi bu suala cavab tapmağa yönəldəcəyik”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Azərbaycan tərəfi yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların aradan qaldırılmasını tələb edir.
Paşinyanın açıqlaması göstərir ki, Konstitusiya dəyişikliyinin sülh müqaviləsinin imzalanmasına təsiri İrəvanın siyasi gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-11-2026