Eltun Süleymanov:"Zəfər güclü dövlətin, müdrik siyasətin, yenilməz ordunun və milli birliyin təntənəsidir"
Tarix: 03-11-2026 | Saat: 12:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tarix elə günlər yaradır ki, həmin günlərin mənası bir xalqın sevincindən, bir nəslin qürurundan daha böyük olur. Belə günlər dövlətin taleyini dəyişir, milli yaddaşa əbədi həkk olunur, gələcək nəsillərin həyat yoluna işıq salır. Azərbaycan xalqı üçün 8 Noyabr-Zəfər Günü məhz belə bir tarixdir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, Zəfərin mənasını yalnız 44 günün nəticələri ilə məhdudlaşdırmaq olmaz. Bu Qələbənin arxasında illərlə davam edən gərgin əmək, düşünülmüş dövlət strategiyası, güclü iqtisadiyyatın qurulması, müasir ordunun yaradılması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və ən başlıcası, xalqımızın azadlıq əzminin qorunub saxlanılması dayanırdı. 1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqına ağır faciələr yaşatdı. Ermənistanın ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində şəhərlərimiz, kəndlərimiz dağıdıldı, minlərlə insan həyatını itirdi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatının ağır sınaqları ilə üzləşdi. Bu faciələrin ən ağrılı tərəflərindən biri beynəlxalq hüququn prinsiplərinin və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların uzun müddət icrasız qalması idi. Azərbaycan isə öz haqqından vaz keçmədi. Dövlətimizin qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün bərpası, işğal edilmiş torpaqlarımızın azad olunması və bütün sərhədlərimiz boyunca dövlət bayrağımızın dalğalanmasının təmin edilməsi idi. Bu məqsədə çatmaq üçün yalnız siyasi iradə kifayət etmirdi. Güclü iqtisadiyyat, dayanıqlı maliyyə imkanları, müasir silahlarla təchiz olunmuş ordu və beynəlxalq müstəvidə prinsipial mövqe tələb olunurdu. Azərbaycan bütün bu istiqamətlərdə ardıcıl siyasət həyata keçirdi. Ordu quruculuğu dövlət siyasətinin prioritetinə çevrildi. Hərbi xərclərin artırılması, Silahlı Qüvvələrin müasir silah-sursat və texnika ilə təchiz edilməsi, müxtəlif mənbələrdən hərbi texnikanın alınması ordumuzun döyüş qabiliyyətini yüksəltdi. İqtisadi qüdrətimiz də bu strategiyanın mühüm dayağı oldu. Azərbaycan regional enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə öz beynəlxalq mövqelərini möhkəmləndirdi, yeni tərəfdaşlıqlar qurdu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutması, yaşayış məntəqələrimiz və mülki əhalimiz üçün təhlükənin yaranması Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Xalqın təxminən otuz il gözlədiyi azadlıq mübarizəsi artıq real tarixi nəticələr doğururdu. Müharibənin ilk günlərindən cəbhədən gələn qələbə xəbərləri xalqın inamını və ruh yüksəkliyini artırdı. Azərbaycan əsgəri və zabiti bir amal uğrunda döyüşürdü: torpaqlarımızı işğaldan azad etmək, tarixi ədaləti bərpa etmək və Vətən qarşısında borcunu yerinə yetirmək. 44 gün ərzində Azərbaycan Ordusu böyük döyüş məharəti, yüksək peşəkarlıq və sarsılmaz iradə nümayiş etdirdi. Noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və digər yaşayış məntəqələrinin azadlığı müharibənin gedişində mühüm dönüş nöqtələri oldu. Strateji yüksəkliklərin və mühüm mövqelərin nəzarətə götürülməsi ordumuzun üstünlüyünü daha da möhkəmləndirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Zəfərin zirvəsinə çevrildi. Şuşa yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının tarixi yaddaşı, mədəniyyət beşiyi və milli kimliyinin mühüm rəmzidir. Bu şəhərin azadlığı xalqımızın mənəvi qələbəsini də tamamladı. Elə həmin günün Zəfər Günü kimi tarixə düşməsi təsadüfi deyildi. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu Qələbənin başlıca qəhrəmanları Azərbaycan əsgəri və zabiti, canını Vətən uğrunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz idi.
Müharibə dövründə cənab Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi 30-dan çox müsahibə informasiya mübarizəsinin mühüm istiqamətini təşkil etdi. Bu müsahibələr vasitəsilə Azərbaycanın mövqeyi, münaqişənin tarixi və ölkəmizin haqq tələbləri dünya ictimaiyyətinə çatdırıldı. Döyüş meydanında qazanılan uğurlar diplomatik və informasiya müstəvilərində də ardıcıl şəkildə müdafiə olunurdu. Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də xalqımız üçün xüsusi əhəmiyyət daşıdı. İki ölkə arasında qardaşlıq münasibətləri Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Zəfər həm də milli birliyin gücünü nümayiş etdirdi. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri Vətənin müdafiəsi naminə birləşdilər. Xaricdə yaşayan azərbaycanlılar ölkəmizin haqq səsinin dünyaya çatdırılması üçün fəallıq göstərdilər. Bu gün Zəfər salnaməsinə nəzər salarkən bir həqiqəti unutmamalıyıq: dövlətin gücü yalnız malik olduğu imkanlarla deyil, həmin imkanları milli məqsədlərə yönəltmək bacarığı ilə müəyyən olunur. Azərbaycan öz iqtisadi potensialını, diplomatik imkanlarını və hərbi qüdrətini vahid strateji məqsəd ətrafında birləşdirərək tarixi nəticə əldə etdi. Zəfər Günümüz mübarizə əzminin, milli ləyaqətin və dövlət iradəsinin təntənəsidir. Bu tarixi yaradan şəhidlərimizin xatirəsi, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt unudulmayacaq. Azərbaycan xalqı 8 Noyabrı yalnız qələbə sevinci ilə deyil, həm də böyük məsuliyyət hissi ilə qeyd edir. Çünki Zəfəri qazanmaq qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə ötürmək də müqəddəs vəzifədir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026