Mobil versiya
Onların mükafatlandırılması qaydası dəyişdi - Baş nazirdən qərar
Tarix: 03-11-2026 | Saat: 16:38
Bölmə:Gündəm | çapa göndər

Onların mükafatlandırılması qaydası dəyişdi -

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

aia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası"na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) meyar kimi istifadə edilməyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026