Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Tarix: 05-11-2026 | Saat: 07:56
Bölmə:Dünya | çapa göndər

Şimali Koreyada ən yeni hava hücumundan müdafiə (HHM) kompleksinin sınağı keçirilib.
aia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Sınaq atışı Koreya Fəhlə Partiyası Mərkəzi Hərbi Komissiyasının üzvü, ordu generalı Kim Çonun rəhbərliyi ilə həyata keçirilib.
Sınaq zamanı raketin yeni materiallarının texniki xüsusiyyətləri və etibarlılığı, intellektual çoxkomponentli tuşlama sisteminin imkanları, hədəflərin aşkarlanması və identifikasiyası, eləcə də məlumatların emalı blokunun fəaliyyəti təsdiqlənib.
Həmin gün uzaqmənzilli strateji qanadlı raket bölmələri də atəş gücünün tətbiqini nümayiş etdirən təlimlər keçirib. Raketçilər şərti hədəfin yerləşdiyi aerodroma dəqiq zərbə endiriblər.
Məlumatda qeyd olunur ki, keçirilən sınaq və təlimlər döyüş sistemlərinin texniki cəhətdən təkmilləşdirilməsi və etibarlılığının artırılmasına yönəlmiş müdafiə tədbirlərinin davamıdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər