Paşa Hadıyev: Zəfərimizin şanlı tarixi
Tarix: 05-11-2026 | Saat: 09:58
Bölmə:Siyasət | çapa göndər

8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən şanlı səhifələrdən biridir. Bu tarix milli qürurumuzun, birliyimizin və yenilməz iradəmizin təcəssümüdür. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və milli ləyaqətimizin nümayişi baxımından müstəsna əhəmiyyət daşıyır.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni tarixi mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Əsgər və zabitlərimizin yüksək döyüş ruhu, peşəkarlığı, xalqımızın dövlət başçısı ətrafında sıx birliyi Qələbəmizin əsas amillərinə çevrildi. Azərbaycan xalqı həmin günlərdə öz milli həmrəyliyini və Vətənə bağlılığını əməli fəaliyyəti ilə bütün dünyaya nümayiş etdirdi.
Noyabrın 8-də qədim mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində həlledici dönüş yaratdı. Bu mühüm hərbi uğur həm də böyük mənəvi və siyasi əhəmiyyət daşıyırdı. Şuşanın azadlığı Azərbaycanın tarixi-mədəni irsinin qorunması, Qarabağda milli-mənəvi dəyərlərimizin bərpası baxımından xüsusi önəm kəsb edirdi. Bu hadisə xalqımızın illərlə qəlbində yaşatdığı qayıdış arzusunun gerçəkləşməsində mühüm mərhələ oldu.
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, düşünülmüş strategiyanın və ardıcıl ordu quruculuğunun nəticəsi idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi qətiyyəti, diplomatik uzaqgörənliyi və prinsipial mövqeyi Azərbaycanın milli maraqlarının müdafiəsində mühüm rol oynadı. Ölkəmiz həm döyüş meydanında, həm də beynəlxalq siyasi müstəvidə öz gücünü, iradəsini və haqlı mövqeyini nümayiş etdirdi.
Vətən müharibəsi Azərbaycan Ordusunun müasir döyüş imkanlarını, yüksək hazırlığını və peşəkarlığını da ortaya qoydu. Hərbi əməliyyatların gedişində tətbiq edilən müasir texnologiyalar, düzgün qurulmuş döyüş strategiyası və hərbçilərimizin qəhrəmanlığı dünya hərb tarixində diqqətəlayiq nümunəyə çevrildi. Bu uğurlar müstəqil Azərbaycanın müdafiə qüdrətinin və dövlətçilik potensialının hansı səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi.
Zəfərimizin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. Onların hər biri xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə diqqət və qayğı göstərmək, onların Vətən qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Çünki bu Qələbənin ən böyük qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan igidlərimizdir.
Tarixi Zəfərdən sonra Azərbaycan qarşısında yeni quruculuq və inkişaf mərhələsi açıldı. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işlərinə başlanıldı, şəhər və kəndlərimiz yenidən qurulmağa başladı. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, həyata keçirilən sosial-iqtisadi layihələr və Böyük Qayıdış proqramı dövlətimizin bu torpaqların gələcəyinə verdiyi böyük önəmi göstərir. Doğma yurdlarına qayıdan soydaşlarımızın öz evlərində məskunlaşması Zəfərimizin ən sevindirici nəticələrindəndir.
Bu proses eyni zamanda Azərbaycanın iqtisadi imkanlarını, quruculuq potensialını və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzur artıq bərpa, yenidənqurma və tərəqqi məkanına çevrilir. Dövlətimizin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində bu ərazilərdə həyat yenidən canlanır, tarixi və mədəni irsimiz bərpa olunur. 8 Noyabr bizə bir daha göstərir ki, milli birlik, qətiyyətli rəhbərlik, güclü dövlətçilik və ordunun qüdrəti qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtləridir. Bu tarix yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcək nəsillər üçün vətənpərvərlik, fədakarlıq, dövlətə sədaqət və milli məsuliyyət nümunəsidir.
8 Noyabr – xalqımızın qəhrəmanlığının, milli iradəsinin və müstəqil Azərbaycan dövlətinin qüdrətinin rəmzidir. Bu şanlı tarix gələcək nəsillərin yaddaşında daim yaşayacaq!
Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər