İğdırda Azərbaycan coşğusu – FOTO
Tarix: 05-11-2026 | Saat: 09:32
Bölmə:Manşet / Siyasət | çapa göndər

Noyabrın 4-də Türkiyənin İğdır şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır vilayətinin valiliyi və İğdırdakı Azərbaycan Evi olub.
Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. “Bu gün Zəfər Gününün altıncı ildönümünü qürurla qeyd edirik. İğdırda keçirilən bu təntənəli tədbir Azərbaycan və Türkiyə qardaşlığının ən bariz nümunələrindən biridir”, – deyə o bildirib.
İğdırdakı Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar isə Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbəni “bütün Türk dünyası tarixində mühüm mərhələ” adlandırıb.
“Qarabağ Azərbaycandır! Əminəm ki, ölkələrimizin qardaşlığı əsrlər boyu yaşayacaq”, – deyə o qeyd edib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin çıxışı ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin “Xarıbülbül” mövzusunda əl işlərindən ibarət sərginin açılışı olub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026
12:16 İşsiz şəxslərə şad xəbər
11:42 Çipsi aksizli mal olacaq
10:58 FHN-dən əhaliyə çağırış
09:43 "Brent" ucuzlaşdı