Soyuq havalarda kökəlmək istəməyənlər bu qidaları yesin – Həkimdən tövsiyə
Tarix: 05-11-2026 | Saat: 23:34
Bölmə:Özəl | çapa göndər

Payız və qış aylarında havaların soyuması bəzi insanlarda iştahanın artmasına və daha kalorili qidalara meylin güclənməsinə səbəb ola bilər. Mütəxəssislər bu dövrdə artıq çəki toplamamaq üçün gündəlik qidalanmaya xüsusi diqqət yetirməyi məsləhət görürlər.
Endokrinoloq Alyona Vavilova bildirib ki, soyuq mövsümdə sağlam çəkini qorumağın əsas yollarından biri lif və zülalla zəngin məhsullara üstünlük verməkdir.
Həkim peçenye, çips və digər yüksək kalorili qəlyanaltıların meyvə dilimləri və təzə tərəvəzlərlə əvəz olunmasını tövsiyə edib.
Onun sözlərinə görə, alma, kələm, balqabaq, göbələk, şalğam və nar kimi mövsümi məhsulların gündəlik menyuya daxil edilməsi faydalıdır.
Soyuq havalarda tərəvəz şorbaları və pörtlədilmiş yeməklər də uyğun seçim hesab olunur. Paxlalılar və yağlı balıqlar isə zülal mənbəyi kimi toxluq hissinin daha uzun müddət qorunmasına kömək edə bilər.
Mütəxəssis gün ərzində kifayət qədər su qəbul etməyin vacibliyini də vurğulayıb. Nanə çayı, limon və zəncəfil əlavə edilmiş ilıq içkilər gündəlik maye qəbulunu tamamlamaq üçün istifadə oluna bilər.
Həkim xatırladıb ki, çəkiyə nəzarət yalnız müəyyən məhsulların qəbulundan asılı deyil. Porsiyaların ölçüsü, gündəlik kalori miqdarı və fiziki aktivlik də sağlam çəkinin qorunmasında mühüm rol oynayır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026
05-11-2026