Ronaldo üçün vida mərasimi keçiriləcək
Tarix: 05-11-2026 | Saat: 20:42
Bölmə:İdman | çapa göndər

Portuqaliya Futbol Federasiyası (FPF) Kriştianu Ronaldonun milli komandadakı karyerasını başa vurmasından sonra onun şərəfinə təntənəli vida mərasimi təşkil etməyi planlaşdırır.
“aia.az” xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.
Federasiya 41 yaşlı hücumçunun milli komandadan layiqli şəkildə yola salınacağını bildirib:
“FPF Ronaldonun gedişinin layiqli ehtiram göstərilmədən baş verməsinə imkan vermək niyyətində deyil. Onun möhtəşəm karyerasına yaraşan təntənəli tədbir təşkil etməkdə qətiyyətliyik. Bu, azarkeşlərə və bütün ölkəyə bizə bu qədər töhfə vermiş futbolçunu bir daha alqışlamaq və ona təşəkkür etmək imkanı yaradacaq”.
Tədbirin vida matçı, yoxsa xüsusi mərasim şəklində keçiriləcəyi hələlik müəyyənləşməyib.
Qeyd edək ki, Ronaldo Portuqaliya millisində debütünü 2003-cü ildə edib. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub, iki dəfə UEFA Millətlər Liqasının qalibi adını qazanıb. Ulduz futbolçu milli komandalar səviyyəsində 234 oyun və 146 qolla hər iki göstərici üzrə rekordçudur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-11-2026