Mobil versiya
Abşeronda partlayış - İki nəfər xəsarət aldı
Tarix: 06-11-2026 | Saat: 09:43
Bölmə:Ölkə / Karusel | çapa göndər

Abşeronda partlayış -

Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.

Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026