Bayrağımız müstəqilliyimizin əbədi möhürüdür
Tarix: 06-11-2026 | Saat: 12:22
Bölmə:Siyasət | çapa göndər

9 noyabr Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək bu ərazilərimizdə Azərbaycan Bayrağını ucaltdı. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsi oldu. 2023-cü il oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində tariximizin qürurverici səhifəsi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Azərbaycan xalqı bu hadisəni böyük qürur, sevinc hissi ilə izlədi. Son 6 ildə üçrəngli Bayrağımız qalib, suveren, yeni dövrə qədəm qoyan Azərbaycanın hər bir uğurunun bələdçisinə çevrilib. 2023-cü il noyabr ayının 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Dövlət Bayrağımızın paradda nümayiş etdirilməsi tariximizə əbədi həkk olundu.
Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Son 6 ildə 47 şəhər, kənd və qəsəbənin sakinlərinə qovuşması, burada 100 minə yaxın insanın yaşaması, işləməsi, təhsil alması Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olduğumuzu göstərir. Bu gün azad edilmiş ərazilərimiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın üçrəngli Bayrağı bu tədbirlərə şahidlik edir. Bu torpaqlarda Bayrağımızın dalğalanması arzumuzun reallığa çevrilməsindən qürurluyuq. Vaxtilə hər bir azərbaycanlının yeganə arzusu torpaqlarımızın işğaldan azad edilməsi, Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanması idi. Artıq torpaq həsrətinə son qoyulub, tarixi ədalət bərpa olunub, soydaşlarımız öz dogma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar. Bütün bu zəfərlərimizin, uğurlarımızın fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü yüksək əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026