Üçrəngli Bayrağımız -milli varlığımız, qürur mənbəyimizdir
Tarix: 06-11-2026 | Saat: 12:10
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın üçrəngli Dövlət Bayrağının Şuşada və işğaldan azad olunmuş digər doğma torpaqlarımızda əzəmətlə dalğalanması xalqımızın milli qürurunun, azadlıq duyğusunun və tarixi ədalətin bərpasına olan inamının parlaq ifadəsidir. Bu gün bayrağımızın azad edilmiş ərazilərimizdə ucalması təkcə hərbi Qələbəmizin deyil, həm də dövlət suverenliyimizin tamlığının, xalqımızın sarsılmaz iradəsinin və müstəqilliyimizin əbədiliyinin göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Dövlət Bayrağımızı ucaltması Azərbaycanın tarixi Zəfər salnaməsinə daxil olan əlamətdar hadisələrdən biri kimi milli yaddaşımızda xüsusi yer tutur. Üçrəngli bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi ilə sıx bağlıdır. 1918-ci il noyabrın 9-da qəbul olunmuş milli bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü türkçülük, müasirlik və islamçılıq ideoloji prinsiplərini özündə birləşdirir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət rəmzi statusunu itirən üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda yenidən dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə ölkəmizin Dövlət Bayrağı statusunu qazandı. Dövlət müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız Azərbaycanın tarixi dövlətçilik varisliyini, milli mənsubiyyətini və müstəqillik ideallarını ifadə edən başlıca rəmzlərdən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi qəbul edilməsi istiqamətində göstərdiyi təşəbbüs və siyasi iradə milli dövlətçilik düşüncəsinin inkişafında xüsusi əhəmiyyətə malik idi. Həmin mürəkkəb dövrdə üçrəngli bayrağın Naxçıvanda dövlət rəmzi kimi təsdiqlənməsi Azərbaycanın müstəqillik istəyinin siyasi müstəvidə ifadəsi olmaqla yanaşı, milli azadlıq ideyasının konkret qərarlarla möhkəmləndirilməsinə də mühüm töhfə verdi. Bu tarixi addım sübut etdi ki, dövlət atributları yalnız keçmişimizi xatırladan simvollar deyil, həm də gələcək dövlətçilik yolumuzu müəyyənləşdirən mənəvi və ideoloji dayaqlardır. Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağını xalqımızın milli birliyini, həmrəyliyini və ortaq dəyərlərini təcəssüm etdirən mühüm amil kimi qiymətləndirirdi. Azərbaycanın son illərdə əldə etdiyi tarixi uğurlar da göstərir ki, xalqın birliyi, dövlətə bağlılığı və ümummilli məqsədlər ətrafında səfərbər olmaq bacarığı ölkənin qüdrətini müəyyənləşdirən əsas xüsusiyyətlərdəndir. Bayrağımıza hörmət və ehtiram da məhz bu dəyərlərin yaşadılması, müstəqilliyimizin qorunması və dövlətçilik ənənələrimizin gələcək nəsillərə çatdırılması ilə daha dərin məna kəsb edir.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə üçrəngli bayrağımızın şanlı tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın sarsılmaz həmrəyliyi və cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azadlığına qovuşdu. 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində bərpa edilməsi isə bu tarixi mübarizənin mühüm mərhələsini tamamladı. Dövlət başçısının azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızı ucaltması Azərbaycanın öz doğma torpaqlarına qayıdışının dönməz xarakter daşıdığını və suverenliyimizin tam təmin olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün üçrəngli bayrağımızın ölkəmizin hər bir bölgəsində sərbəst şəkildə dalğalanması dövlətimizin gücünü, xalqımızın qətiyyətini və gələcəyə olan inamını özündə əks etdirir. Bayrağımızın ucaldığı hər bir məkan milli qürurumuzun, tarixi yaddaşımızın və müstəqil dövlətçiliyimizin təntənəsinə çevrilir. Dövlət Bayrağımızın müqəddəsliyini qorumaq, onun ifadə etdiyi milli və mənəvi dəyərlərə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının üzərinə düşən şərəfli vəzifədir. Çünki üçrəngli bayrağımız yalnız bugünkü müstəqilliyimizin deyil, həm də gələcək nəsillərin azad, suveren və güclü Azərbaycanda yaşamaq hüququnun rəmzidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-11-2026