Mobil versiya
Tovuzda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib -Fotolar
Tarix: 06-11-2026 | Saat: 17:31
Bölmə:İdman | çapa göndər

Tovuzda “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə tempo turnir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Tovuz rayon təşkilatı, Qazax–Tovuz RTİ-nin Tovuz rayon Təhsil Sektoru və Tovuz rayon uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmə şagirdlər arasında “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə “Zəfər kuboku” Tempo turniri keçirilib.

Turnir oğlan və qızlardan ibarət 10 - 16 yaş yeniyetmə şagirdlər arasında keçirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Təhsil Sektorunun məsləhətçisi Elşən Musayev, Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Tovuz UGİŞM-in direktoru Məleykə Əmirzadə qonaqları və yarış iştirakçılarını salamlayaraq məktəblilərin şahmata olan marağından, bu idman növünün onların intellektual inkişafında və məntiqi təfəkkürünün formalaşmasında əhəmiyyətindən bəhs etmişdir. O, həmçinin bu cür yarışların uşaqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, qarşılıqlı ünsiyyətin və sağlam rəqabət mühitinin formalaşmasına verdiyi töhfəni vurğulayaraq iştirakçılara uğurlar arzuladı.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında 8 Noyabr –Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək bu tarixi Qələbənin əhəmiyyətindən danışmışdır. O, Vətən müharibəsində qazanılan Zəfər uğrunda canlarından keçən şəhidlərimizin və sağlamlığını itirən qazilərimizin heç zaman unudulmamalı olduğunu vurğulamışdır. Nihad Pənahov, həmçinin Tovuz rayon təşkilatı ilə təhsil sektoru arasında mövcud əməkdaşlıqdan bəhs edərək müxtəlif istiqamətlərdə birgə tədbirlərin təşkilinin əhəmiyyətini qeyd etmişdir.
Sonra çıxış edən Tovuz Təhsil Sektorunun məsləhətçisi Elşən Musayev şahmatın şagirdlərin yaddaşının inkişafında mühüm rol oynadığını qeyd edərək, bu cür yarışların məktəblilərdə strateji düşünmə, düzgün qərarvermə və rəqabət bacarıqlarının formalaşmasına, eyni zamanda şahmata marağın artırılmasına xidmət etdiyini vurğulamışdır
Yarışda ümumilikdə 58 şagird iştirak etmişdir. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda oğlanlar və qızlar arasında I, II və III yerləri tutan şahmatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunmuşlar. Digər iştirakçılara isə gələcək yarış və turnirlərdə uğurlar arzulanmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026