Mobil versiya
Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi -
Tarix: 10-11-2026 | Saat: 13:34
Bölmə:Siyasət / Gündəm | çapa göndər

Ceyhun Bayramov ona “Dostluq” ordenini təqdim etdi -


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.

“aia.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, görüş zamanı, ilk öncə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunmuş səfirə orden təqdim olunub və təbrik mesajı çatdırılıb.

Səfir bu ali mükafatla təltif olunmağına görə dərin minnətdarlığını bildirib, bunu ölkələrimiz arasında əlaqələrə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri, mövcud əməkdaşlıq gündəliyi müzakirə olunub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-11-2026