Mobil versiya
COP31 çərçivəsində iqlim və sağlamlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib
Tarix: 10-11-2026 | Saat: 20:11
Bölmə:Siyasət | çapa göndər

COP31 çərçivəsində iqlim və sağlamlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib


Antalyada (Türkiyə) keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Azərbaycan, Braziliya və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə sağlamlıq məsələlərinin qlobal iqlim gündəliyində rolunun gücləndirilməsinə həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçirilib.
aia.az xəbər verir ki, tədbir COP29-a Azərbaycanın sədrliyi dövründə iqlim və sağlamlıq sahəsində əməkdaşlığın davamlılığını təmin etmək məqsədilə tərəfdaş ölkələr və ÜST ilə birgə təsis edilmiş İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrlikləri Koalisiyası çərçivəsində keçirilib.

COP29-un prezidenti Muxtar Babayev, Braziliyanın səhiyyə naziri Aleşandre Padilya, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr üzrə baş direktoru Aziz Alper Biten və ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus tədbirdə çıxış ediblər.

Tədbir çərçivəsində COP29-dan ötən dövr ərzində iqlim və sağlamlıq sahəsində əldə olunmuş irəliləyişlər, o cümlədən COP30 çərçivəsində irəli sürülmüş Belem Sağlamlıq üzrə Fəaliyyət Planı və ÜST-nin İqlim və Sağlamlıq üzrə Transformativ Fəaliyyət Alyansının (ATACH) fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Türkiyə tərəfindən irəli sürülmüş, səhiyyə sistemlərinin iqlim dəyişmələrinə dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Antalya təşəbbüsü (AIR) müzakirə edilib.

Müzakirələr zamanı səhiyyə sistemlərinin iqlim dəyişmələrinin mənfi təsirlərinə qarşı dayanıqlılığının artırılması, müvafiq maliyyə resurslarının səfərbər edilməsi, iqlim və sağlamlıq sahəsində beynəlxalq öhdəliklərin milli səviyyədə həyata keçirilməsi, eləcə də ölkələr arasında əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-11-2026