Müharibə Rusiyanın özünü vurur – Ölən dinc sakinlərin sayı ikiqat artdı
Tarix: 10-11-2026 | Saat: 22:00
Bölmə:Dünya | çapa göndər

Ukraynaya qarşı başladığı müharibənin ağır nəticələri getdikcə Rusiyanın öz ərazisində də hiss olunur. Ukrayna dronları və raketlərinin hücumları nəticəsində həlak olan Rusiya sakinlərinin sayı rekord həddə çatıb. Artıq cəbhədən minlərlə kilometr uzaqda yerləşən şəhərlər də hücumların hədəfinə çevrilir.
aia.az xarici agentliklərə istinadən xəbər verir ki, Bloomberg Economics tərəfindən aparılan hesablamalara əsasən, 2026-cı ilin əvvəlindən bəri Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna hava zərbələri nəticəsində azı 487 mülki şəxs həlak olub.
Bu, 2025-ci ilin bütün dövründə qeydə alınmış göstəricidən təxminən iki dəfə çoxdur.
Müharibə Rusiyanın dərinliklərinə yayılır
Bloomberg Economics-in məlumatına görə, bu il ölənlərin 380 nəfəri Ukrayna ilə həmsərhəd və cəbhəyə yaxın Rusiya bölgələrinin, 107 nəfəri isə ölkənin digər regionlarının payına düşür.
Müqayisə üçün, 2025-ci ildə həmin göstəricilər müvafiq olaraq 219 və 50 nəfər təşkil edib.
2024-cü ildə isə Rusiyanın cəbhəyə yaxın bölgələrində 225, digər regionlarında cəmi 9 mülki şəxs həyatını itirmişdi.
Müharibənin ilk iki ilində – 2022 və 2023-cü illərdə – mülki əhali arasında ölüm halları yalnız sərhədyanı bölgələrdə qeydə alınmışdı. Həmin illərdə müvafiq olaraq 30 və 88 nəfər həlak olmuşdu.
Beləliklə, Ukraynanın hava zərbələrinin coğrafiyası genişləndikcə Rusiyanın müharibədən nisbətən uzaq hesab edilən şəhərlərində də itkilər artır.
Ukrayna sərhədindən 1200 kilometr uzaqda 13 nəfər öldü
İlin ən ağır hücumlarından biri avqustun 10-da Ukrayna sərhədindən 1200 kilometrdən çox məsafədə yerləşən Nijnekamsk şəhərində baş verib.
Hücum nəticəsində 13 nəfər həlak olub, daha 78 nəfər tibbi yardıma müraciət edib.
İyul ayında Tambov vilayətinin Kotovsk şəhərində “Wildberries” şirkətinin anbarına endirilən zərbə nəticəsində isə 7 nəfər ölüb, 25 nəfər yaralanıb.
Bloomberg Economics-in Londondakı analitiki Aleks Kokçarov vəziyyəti belə qiymətləndirib:“Müharibə Rusiyanın ərazisinə getdikcə daha dərindən nüfuz edir və ölkənin mülki əhalisi üçün daha ölümcül xarakter alır”.
Bununla belə, nəşr vurğulayır ki, Rusiyada həlak olan mülki şəxslərin sayı Ukraynadakı itkilərlə müqayisədə hələ də xeyli aşağıdır. Təkcə sentyabr ayında Ukraynada hücumlar nəticəsində azı 328 mülki şəxs həyatını itirib.
Kreml itkiləri gizlətməyə çalışır?
Bloomberg-in yazdığına görə, Rusiya hakimiyyəti Ukrayna hücumlarının ölkə daxilində yarada biləcəyi siyasi narazılığı məhdudlaşdırmağa çalışır.
Dövlət mediası böyük hücumların nəticələri barədə adətən qısa məlumatlar verir, televiziya kanalları isə hadisə yerlərindən görüntüləri nadir hallarda nümayiş etdirir.
Regional hakimiyyət orqanları da hücumlarla bağlı məlumatların yayılmasına getdikcə daha sərt məhdudiyyətlər tətbiq edirlər.
2026-cı ilin sentyabrına qədər Rusiyanın 89 regionundan azı 82-də dron hücumlarının foto və videolarının, zərbə yerləri və dağıntılar barədə məlumatların dərcinə qadağalar qüvvədə olub.
Ukrayna dronları artıq 3000 kilometr məsafəyə çatır
2026-cı ildə Ukrayna pilotsuz uçuş aparatlarının və raketlərinin zərbə məsafəsi 3000 kilometrə qədər genişlənib.
Nəticədə Rusiyanın əvvəllər təhlükəsiz hesab edilən çoxsaylı şəhər və sənaye mərkəzləri potensial hücum zonasına daxil olub.
Hücumların intensivliyi də kəskin artıb.
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun açıqlamasına görə, yanvar ayında ölkənin hava hücumundan müdafiə sistemləri gündə təxminən 120 Ukrayna dronu və raketini zərərsizləşdirirdisə, sentyabrda bu göstərici beş dəfədən çox artıb.
Moskva ətrafı və Sankt-Peterburq da daxil olmaqla iri şəhərlər hücumlara məruz qalıb. Dron təhlükəsi səbəbindən Rusiya hava limanlarında hər həftə yüzlərlə aviareys təxirə salınır və ya ləğv edilir.
Beləliklə, 2022-ci ildə Ukrayna ərazisində başlanan genişmiqyaslı müharibənin nəticələri getdikcə daha geniş şəkildə Rusiyanın öz ərazisində də hiss olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-11-2026