Mobil versiya
Deputat Novruzəli Aslanov İsmayıllıda növbəti vətəndaş qəbulunu keçirib -Fotolar
Tarix: 19-11-2026 | Saat: 12:35
Bölmə:Manşet / Özəl | çapa göndər

Deputat Novruzəli Aslanov İsmayıllıda  növbəti vətəndaş qəbulunu keçirib

Milli Məclisin deputatı Novruzəli Aslanov 2026-cı il 19 noyabr tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.

aia.az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində keçirilib. Görüşdə şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbulun gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.

Millət vəkili həmçinin görüşdə iştirak edən şair-publisist, ədəbi-ictimai xadim, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara hədiyyə təqdim olunub.

Sonda  Milli Məclisin deputatı Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026