Mobil versiya
“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verilmişdir -Fotolar
Tarix: 19-11-2026 | Saat: 13:43
Bölmə:Gündəm | çapa göndər

“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Bum” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizin sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması sərhəd mühafizəsinin keyfiyyətinin yüksəldilməsinə, bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan tapşırıqların daha çevik icrasına xidmət edir.

“Bum” sərhəd komendantlığının istifadəyə verilməsi “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsinin daha səmərəli təşkil olunması, xidməti vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi və bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.

Mərasimdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd komendantlığının inzibati binasına baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olmuş, şəxsi heyətlə birgə nahar etmişdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2026