Mobil versiya
Litvanın xarici işlər naziri Azərbaycana gəlir – Səfərin tarixi açıqlandı
Tarix: 20-11-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Litvanın xarici işlər naziri Azərbaycana gəlir – Səfərin tarixi açıqlandı



Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-dən 26-dək Azərbaycanda səfərdə olacaq.

Bu barədə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus məlumat verib.

Diplomat bildirib ki, səfər iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Səfər zamanı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişaf perspektivlərinin də müzakirəsi üçün imkan yaranacağı gözlənilir.

Səfirin sözlərinə görə, Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində keçiriləcək bu səfər xüsusi əhəmiyyət kəsb edir.

O qeyd edib ki, Vilnüsün qarşıdakı sədrliyi dövründə Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə oluna bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026