Rusiyalı idmançılara Avropa qadağası gəlir – Yeni sanksiya hazırlanır
Tarix: 20-11-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

Avropa İttifaqı Rusiyaya qarşı hazırlanan növbəti sanksiyalar çərçivəsində rusiyalı idmançılara viza verilməsinin qadağan olunmasını nəzərdən keçirir.
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Avropa Komissiyasının hazırladığı 22-ci sanksiya paketinə bu istiqamətdə təklifin daxil edilməsi planlaşdırılır.
“Avropa Komissiyası növbəti sanksiya paketinin layihəsini hazırlayıb. Buraya rusiyalı idmançılar üçün viza qadağası da daxil olacaq”, – deyə Tusk açıqlamasında qeyd edib.
Baş nazir təklifin detalları barədə əlavə məlumat verməyib.
Məlumata görə, Avropa Komissiyası yeni sanksiya paketini noyabrın sonunadək təqdim etməyi, ilin sonuna qədər isə onun qəbuluna nail olmağı planlaşdırır.
Bundan əvvəl Avropa Komissarı Qlenn Mikallef Rusiyanın dövlət bayrağı altında keçirilən və Rusiya nümayəndələrinin iştirak etdiyi idman tədbirlərinə maliyyə dəstəyinin məhdudlaşdırılması ilə bağlı açıqlama vermişdi.
Onun sözlərinə görə, 2027-ci ildən etibarən belə tədbirlərin Erasmus+ proqramı çərçivəsində maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur.
Qeyd edək ki, rusiyalı idmançılara viza qadağası hələlik təklif mərhələsindədir. Məhdudiyyətin qüvvəyə minməsi və tətbiq dairəsi yekun qərardan asılı olacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026