Mobil versiya
İrandan Trampa sərt cavab: “İraqla bağlı ittihamları xatırlayın”
Tarix: 20-11-2026 | Saat: 20:37
Bölmə:Özəl | çapa göndər

İrandan Trampa sərt cavab: “İraqla bağlı ittihamları xatırlayın”


İran ABŞ Prezidenti Donald Trampın Tehranın kimyəvi və bioloji silahlar hazırlaması ilə bağlı səsləndirdiyi ittihamları rədd edib. Tehran Vaşinqtonun açıqlamalarını keçmişdə İraqa qarşı irəli sürülən iddialarla müqayisə edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi sosial şəbəkə hesabında ABŞ administrasiyasının mövqeyini tənqid edib.

Baqayi bildirib ki, Vaşinqton əvvəlcə İranın nüvə proqramını təhlükə kimi təqdim edib, indi isə ölkənin kimyəvi və bioloji silahlar hazırladığına dair iddialar səsləndirir.

İran rəsmisi bu yanaşmanı ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən əvvəl irəli sürdüyü kütləvi qırğın silahları ittihamlarına bənzədib.

O, keçmiş ABŞ dövlət katibi Kolin Pauellin İraqla bağlı açıqlamalarını xatırladaraq Vaşinqtonun eyni ittiham üsullarından istifadə etdiyini iddia edib.

“İttihamlar daim dəyişir, lakin əsas mesaj qəribə dərəcədə tanışdır”, – deyə Baqayi bildirib.

İran XİN sözçüsü beynəlxalq ictimaiyyəti keçmiş hadisələri unutmamağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın İraqa müdaxiləsindən əvvəl həmin ölkədə kütləvi qırğın silahlarının mövcudluğu barədə irəli sürdüyü əsas iddialar sonrakı araşdırmalarda təsdiqini tapmamışdı.

İranın kimyəvi və bioloji silah hazırlaması ilə bağlı son ittihamların isə müstəqil şəkildə təsdiqləndiyinə dair təqdim olunan məlumatda sübut göstərilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026