ABŞ-ın İranla müharibəyə xərclədiyi məbləğ açıqlandı – 48 milyard dolları keçib
Tarix: 20-11-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara fevral ayından bəri 48 milyard dollardan çox vəsait xərclədiyi bildirilir.
Bu barədə Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller ABŞ Konqresində keçirilən dinləmələr zamanı açıqlama verib.
Miller bildirib ki, hesablamalara hərbi əməliyyatların aparılması, istifadə olunan sursatların yenilənməsi, hərbi texnika və avadanlıqların əvəzlənməsi ilə bağlı xərclər daxildir.
Pentaqon rəsmisinin sözlərinə görə, açıqlanan 48 milyard dollarlıq məbləğ müharibənin bütün maliyyə itkilərini əhatə etmir.
Belə ki, Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına dəyən ziyan bu hesablamaya daxil edilməyib.
Məlumata əsasən, regiondakı bəzi Amerika hərbi obyektləri İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində ciddi zərər görüb.
Bu isə hərbi bazaların bərpası və digər əlavə xərclər nəzərə alındıqda ABŞ-ın ümumi maliyyə itkilərinin daha yüksək ola biləcəyini göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026