Mobil versiya
Qazaxda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib -Fotolar
Tarix: 20-11-2026 | Saat: 17:40
Bölmə:Özəl | çapa göndər

Qazaxda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

20 noyabr 2026-cı il tarixdə YAP Qazax rayon təşkilatının Qazax - Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat idman növü üzrə Tempo turnir keçirilib. Turnirdə 35 nəfər şahmatçı mübarizə aparıb.

Əvvəlcə iştirakçılar müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçək dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri Qazax - Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktor əvəzi Nizami Hüseynov açaraq turnirin məqsəd və mahiyyəti barədə ətraflı məlumat verib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının çox çətin və ağır bir şəraitdə yaranması tarixindən, partiyanın 34 ildə keçdiyi zəngin və şərəfli yoldan, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edib.

A.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən ölkəmizdə idmana və gənclərə göstərilən diqqət, qayğıdan da ətraflı danışıb.

Sonda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev turnir qaliblərini, onların müəllim və məşqçilərini, tədbirdə iştirak edən valideynləri təbrik edərək onlara ən xoş arzularını bildirib.

Turnirdə müxtəlif yaş qrupları üzrə 1-ci, 2-ci, və 3-cü yerləri tutan yeniyetmə şahmatçılara YAP Qazax rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2026