Tovuzda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü qeyd olunub -Fotolar
Tarix: 20-11-2026 | Saat: 18:46
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə YAP Tovuz rayon təşkilatının təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası – 34 illik dövlətçilik və siyasi inkişaf yolu”mövzusunda tədbir keçirilib.
aia.az xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov,partiya veteranları,ərazi partiya təşkilatının sədrləri və idarə müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətindən, keçdiyi 34 illik inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatında tutduğu yerdən ətraflı bəhs edib. O qeyd edib ki, partiyanın yaranması Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi, dövlət müstəqilliyinin və milli maraqların ciddi təhlükələrlə qarşı-qarşıya qaldığı bir dövrə təsadüf edib. Belə bir şəraitdə xalqın tələbi və təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin siyasi həyatında mühüm yer tutaraq dövlətçilik maraqlarının qorunması və siyasi sabitliyin təmin olunması istiqamətində fəaliyyət göstərib.
Nihad Pənahov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşan siyasi kursun Azərbaycanın müasir inkişaf tarixindəki rolunu vurğulayıb. O, bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirildiyini, ölkəmizin əldə etdiyi nailiyyətlərin və tarixi Zəfərin dövlətçilik strategiyasının nəticələri olduğunu bildirib. Çıxışında YAP-ın VII və VIII qurultaylarının əhəmiyyətinə toxunan təşkilat sədri VIII Qurultaydan irəli gələn vəzifələrin, təşkilati yenilənmə və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müəyyənləşdirilən hədəflərin yerli təşkilatlar qarşısında da mühüm məsuliyyət yaratdığını qeyd edib. O, YAP Tovuz rayon təşkilatının fəaliyyətində üzvlərlə işin gücləndirilməsi, gənclərin partiya həyatına cəlb olunması, ərazi partiya təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və ictimai-siyasi fəallığın artırılmasının prioritet istiqamətlər olduğunu diqqətə çatdırıb.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının ölkəmizin müasir siyasi tarixində mühüm hadisə olduğunu qeyd edib. O bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, idarəçilik böhranı və dövlət müstəqilliyinin qarşılaşdığı çətinliklər xalqın etimad göstərdiyi güclü siyasi liderə və birləşdirici qüvvəyə ehtiyac yaratmışdı. Belə bir tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşməsində mühüm rol oynayıb.
Məmməd Məmmədov Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, müstəqil Azərbaycanın siyasi və iqtisadi əsaslarının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndiyini və ölkənin sosial-iqtisadi inkişafında mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. Çıxışda Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi ölkənin qarşısında duran mühüm vəzifələrdəndir. Rayon rəhbəri Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyətinin müxtəlif mərhələlərində dövlətçilik və cəmiyyət həyatında baş verən proseslərlə sıx bağlı olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edənlər Tovuz Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-in direktoru İlham Xasməmmədli, Əyyublu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Zəhra Hüseynli və Qazax-Tovuz Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi İdrak Tağıyev çıxışlarında Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın əldə etdiyi nailiyyətlər və qazandığı tarixi Zəfər dövlətçilik ənənələrinin ardıcıl inkişafının mühüm nəticələridir.
Çıxışlarda təhsil və gənclər siyasətinin cəmiyyətin gələcək inkişafında mühüm rolu xüsusi qeyd olunub. Gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaşlar kimi yetişdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, təhsil müəssisələrində dövlətçilik tariximizin, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və ölkəmizin qazandığı tarixi nailiyyətlərin gənclərə çatdırılmasının əhəmiyyətinə toxunulub.
Bununla yanaşı, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların potensialının üzə çıxarılması, ictimai-siyasi və sosial həyatda fəallığının artırılması, idman və digər sahələrdə təşəbbüskarlığının dəstəklənməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, gənclərin dövlətçilik prinsiplərinə sadiq, milli maraqları üstün tutan və ölkənin gələcək inkişafında fəal iştirak edən vətəndaşlar kimi formalaşması mühüm əhəmiyyət daşıyır.
Tədbirdə partiya həyatında xidmətləri ilə fərqlənən bir qrup partiya fəalına qiymətli hədiyyələr təqdim olunub, partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri verilib. Eyni zamanda, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsində fərqlənən “LA” rəsm kursunun şagirdləri mükafatlandırılıblar. Həmçinin Yeni Azərbaycan Partiyasının təsis olunmasının 34-cü ildönümü münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2026