Hörmüz boğazında yeni rekord – Bir həftədə 108 milyon barel neft daşınıb
Tarix: 24-11-2026 | Saat: 20:00
Bölmə:Özəl | çapa göndər

Hörmüz boğazından ötən həftə ABŞ qüvvələrinin nəzarəti altında rekord həcmdə neft nəql edildiyi açıqlanıb.
Bu barədə ABŞ administrasiyasının rəsmisi “Al Hadath” telekanalına məlumat verib.
Onun sözlərinə görə, bir həftə ərzində boğazdan 108 milyon barel neft daşınıb. Bu, ABŞ və İran arasında hərbi münaqişənin başlanmasından bəri qeydə alınan ən yüksək həftəlik göstəricidir.
Amerikalı rəsmi Vaşinqtonun quru yolları vasitəsilə İrana qabaqcıl texnoloji komponentlərin çatdırılmasının qarşısını almağa çalışdığını da bildirib.
O, Tehranın tətbiq edilən blokadanı aşmaq imkanlarına şübhə ilə yanaşaraq ABŞ-ın İranın hərbi potensialını bərpa etməsinə mane olmaq niyyətində olduğunu vurğulayıb.
Hörmüz boğazında tankerlərə qarşı hücumların artmasına baxmayaraq, ABŞ tərəfinin açıqladığı rəqəmlər neft daşımalarının yüksək səviyyədə davam etdiyini göstərir.
Bölgədə təhlükəsizlik riskləri davam etdiyi bir vaxtda dünya bazarında neft qiymətlərinin azalması da diqqət çəkir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026