Mobil versiya
“Nvidia” rəhbərinin sərvətində rekord artım – Bir gündə 34 milyard dollar
Tarix: 24-11-2026 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər

“Nvidia” rəhbərinin sərvətində rekord artım – Bir gündə 34 milyard dollar




“Nvidia” şirkətinin baş direktoru Censen Huanqın sərvəti bir sutkadan az müddətdə 34 milyard dollar artaraq 144 milyard dollara yaxınlaşıb.

“Forbes” jurnalının məlumatına görə, milyarderin sərvətində 30 faizdən çox artım qeydə alınıb.

Buna Huanqın rəhbər vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmlərinin kəskin bahalaşması səbəb olub.

Nəticədə iş adamı dünyanın ən varlı insanları siyahısında 18-ci pillədən 13-cü pilləyə yüksəlib.

Bundan əvvəl şirkət ətrafında yaranmış qalmaqallar fonunda Huanq sərvətinin dörddə birindən çoxunu itirmişdi.

Bildirilir ki, noyabrın 23-də “Nvidia”nın Direktorlar Şurası Censen Huanqın şirkətin baş direktoru və prezidenti vəzifələrinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026