ABŞ Yaxın Şərqdə hərbi qüvvələrini artırır – Bölgəyə yeni desant qrupu göndərilir
Tarix: 24-11-2026 | Saat: 21:18
Bölmə:Özəl | çapa göndər

ABŞ Hərbi Dəniz Qüvvələrinin üç böyük amfibiya gəmisindən ibarət hücum qrupu Yaxın Şərqə doğru hərəkət edir.
ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun məlumatına görə, hərbi qrup Sinqapurdan Ərəbistan dənizi istiqamətində yola düşüb.
Qrupun tərkibinə “USS Makin Island”, “USS John P. Murtha” və “USS Anchorage” hərbi gəmiləri daxildir.
Gəmilərdə 2500 nəfərlik dəniz piyadası heyəti, F-35B qırıcıları, hücum və nəqliyyat helikopterləri, eləcə də desant vasitələri daşınır.
Məlumata əsasən, ABŞ-ın “USS George Bush” və “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmiləri də hazırda Ərəbistan dənizində hazırlıq vəziyyətindədir.
Bundan əlavə, ABŞ-ın İran yaxınlığında, Qırmızı dənizdə və Şərqi Aralıq dənizində müxtəlif hərbi gəmiləri fəaliyyət göstərir.
Yeni desant qrupunun bölgəyə göndərilməsi noyabrın əvvəlində “USS Boxer” gəmisinin rəhbərlik etdiyi hərbi birləşmənin Yaxın Şərqi tərk etməsindən sonraya təsadüf edir.
Hərbi qüvvələrin bölgəyə yönləndirilməsi ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026