Mobil versiya
Temperaturda tarixi rekord - Dünya həmin həddi keçdi
Tarix: 26-11-2026 | Saat: 07:41
Bölmə:Manşet / Dünya | çapa göndər

Temperaturda tarixi rekord -

Dünya sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperaturun 2 dərəcə Selsidən çox yüksəldiyi ən uzun dövrü (6 gün ərzində müşahidə olunub) yaşayıb. Alimlər bunu iqlim böhranının sürətləndiyini göstərən ciddi siqnal kimi qiymətləndirirlər.

aia.az xəbər verir ki, “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə, qlobal səth temperaturu bazar ertəsi rekord həddə çataraq sənayeləşmədən əvvəlki səviyyəni 2,24 dərəcə üstələyib.

Yüksək temperaturun daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Bununla belə, alimlər bildirirlər ki, gündəlik temperaturun 2 dərəcəni keçməsi Paris İqlim Sazişində nəzərdə tutulan uzunmüddətli temperatur həddinin aşıldığı anlamına gəlmir.

İstiləşmənin əsas səbəbləri arasında qazıntı yanacaqlarının istifadəsi və güclü “El Nino” hadisəsi göstərilir. Temperatur artımı İndoneziya və Amazon meşələrində quraqlıq və yanğın riskini də artırır.

Mütəxəssislərin hesablamalarına görə, bu ilin yayında Avropa İttifaqında rekord istilərlə əlaqəli olaraq 50 mindən çox, Böyük Britaniyada isə təxminən 5 min ölüm qeydə alınıb.

Alimlər hökumətləri əhalini ekstremal istilərə hazırlamağa və istixana qazı tullantılarını azaltmaq üçün tədbirləri sürətləndirməyə çağırırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə