Mobil versiya
Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı
Tarix: 26-11-2026 | Saat: 09:49
Bölmə:Dünya | çapa göndər

Namazı lağa qoyub nasist salamı vermişdi -


Fransada müsəlmanların ibadətini təqlid edərək namazı lağa qoyan, daha sonra isə nasist salamı verib “Yaşasın Hitler” qışqıran gömrük məmuru Patrik T.-nin cəzası hadisədən dörd il sonra müəyyənləşib.

aia.az xəbər verir ki, “Mediapart” nəşrinin məlumatına görə, 2022-ci ilin yanvarında Şomon şəhərindəki Gömrük İttifaqında keçirilən şam yeməyində üç məmurun müsəlmanları istehza ilə təqlid etdiyi videogörüntülər üzə çıxıb.

Bundan əlavə, ittifaqın rəhbəri təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və svastika təsvirli corablar geyindiyi fotoların da yayılması ölkədə ciddi qəzəbə səbəb olub.

İnzibati araşdırmalardan sonra vəzifəsindən uzaqlaşdırılan məmura 2 il işdən kənarlaşdırılma cəzası verilib. Cəzanın bir ili şərti hesab edildiyindən o, faktiki olaraq 1 il işindən uzaq qalacaq və bu müddət bitdikdən sonra vəzifəsinə qayıda biləcək. Görüntülərdə yer alan digər iki məmur barəsində isə araşdırma davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə